Milli Məclisdə Xocalı soyqırımının qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Parlamentin sədri Sahibə Qafarova bu gün keçirilən iclasda soyqırımı qurbanlarının xatirəsinin yad olunmasını təklif edib.
Deputatlar təklifi qəbul edib və Xocalı soyqırımının qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.