Qazaxıstanın “Turan” klubu Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Emil Balayevlə müqavilə bağlayacaq.
Klub 27 yaşlı qolkiperlə razılığa gəlib. Yaxın vaxtlarda Balayev yeni komandasına Şımkentdə qoşulacaq.
O, “Turan”ın hazırkı baş məşqçisi Vladimir Qazzayevlə birgə 2019-cu ildə “Tobol”da çalışıb. Komandanın köməkçi-məşqçisi isə Azərbaycan millisinin sabiq hücumçusu Vaqif Cavadovdur.
Qeyd edək ki, Emil Balayev “Neftçi”, “Səbail”, “Zirə” və Almaniya “Ayntraxt”ında da forma geyinib.