Biləsuvarda naməlum avtomobil piyadanı vuraraq öldürübbackend

Biləsuvarda naməlum avtomobil piyadanı vuraraq öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvar rayonunda naməlum avtomobil piyadanı vuraraq öldürüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə fevralın 25-də saat 2 radələrində rayonun Bəydili kəndi ərazisində qeydə alınıb.

Belə ki, müəyyən edilməmiş avtomobillə kənd sakini Fərid Dadaşov vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.