Zaqatalada dayanma-durma qaydalarını pozan 16 sürücü cərimələnib – FOTObackend

Zaqatalada dayanma-durma qaydalarını pozan 16 sürücü cərimələnib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaqatalada yol polisi əməkdaşlarının keçirdikləri nəzarət-profilaktiki tədbirlər zamanı dayanma-durma qaydalarını pozan sürücülər müəyyən olunaraq barələrində inzibati tənbeh tədbirləri görülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan İnterpress.az-a verilən məlumata görə, intensiv hərəkət müşahidə olunan küçə və prospektlərdə, piyada səkilərində, həmçinin avtobus dayanacaqlarında nəqliyyat vasitələrini park edən sürücülər aşkarlanıb.

Qaydalar onlara izah olunub və bu kimi hallların digər hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olduğu diqqətə çatdırılıb. Ümumilikdə keçirilən reyd zamanı 16 sürücü barəsində cərimə protokolu tərtib edilib.

Yollarda nəqliyyat vasitələri və piyadaların rahat, təhlükəsiz hərəkətinin təmin olunması, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi daşıyan bu kimi tədbirlər növbəti günlərdə də davam etdiriləcək.