Kənd Təsərrüfatı Nazirliyi martın 12-19-da Bakıda “Kənddən Şəhərə” Novruz yarmarkaları təşkil edəcək.
İnterpress.az xəbər verir ki, bu barədə nazirliyin fermerlərə müraciətində bildirilir.
“Yarmarkalarda iştirak ödənişsizdir. Fermerlər yarmarka boyunca bütün lazımi avadanlıqlarla təmin olunacaq”, – deyə müraciətdə qeyd olunub.