Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” İdarə Heyətinin sədri Səlcuq Bayraktar özünün tviter hesabında Ukraynaya dəstək verib.
İnterpress.az xəbər verir ki, o Rusiyanın Ukraynaya hücumunu pisləyib.
“Rusiyanın müstəqil bir xalqın suverenliyinə məhəl qoymayaraq qanunsuz müdaxiləsini ən kəskin şəkildə pisləyirəm.
İşğala müqavimət göstərən türk qardaşlarımızın vətəni Krımı və Ukraynanı dəstəkləyirəm”, – Bayraktar sosial şəbəkə hesabında yazıb.