SON DƏQİQƏ: Xarkovda daha bir azərbaycanlı gənc öldürüldü – VİDEObackend

SON DƏQİQƏ: Xarkovda daha bir azərbaycanlı gənc öldürüldü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Xalq rəssamı Katib Məmmədov bu gün Xarkovda küçədə atışma zamanı qardaşı oğlu Qoşqar Məmmədovun güllələndiyini təsdiqləyib.

K.Məmmədov bildirib ki, Xarkova qonaq gəlmiş Q. Məmmədov silahsız, mülki şəxs olduğu halda ona atəş açılıb və o, həyatını itirib.

Hazırda Azərbaycanın Xarkovdakı konsulluğunun da dəstəyi ilə Q. Məmmədovun nəşinin Azərbaycana göndərilməsi imkanları araşdırılır.

Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyi də bu gün Q. Məmmədovun nəşinin imkan yaranan ilk fürsətdə Azərbaycana göndərilməsinin planlaşdırıldığı barədə məlumat yayıb.

***

saat 11.07

Xarkovda küçədə atışma zamanı Ukraynanın Xalq rəssamı Katib Məmmədovun qardaşı oğlu Qoşqar Məmmədov güllələnib.

K.Məmmədov onunla söhbətdə hazırda atışma olduğu üçün küçədən Q.Məmmədovun meyitini götürmək mümkün olmadığını bildirib.

Hadisə yarım saat əvvəl baş verib.