Danimarka XİN ölkə vətəndaşlarına Rusiyaya səfərə getməməyi tövsiyə edibbackend

Danimarka XİN ölkə vətəndaşlarına Rusiyaya səfərə getməməyi tövsiyə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarka Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Rusiyaya hər hansı səfərə getməməyi tövsiyə edib.

Bundan əlavə, danimarkalı turistlərə Rusiya Federasiyasından kommersiya reysləri ilə getmək imkanı qaldığı halda geri qayıtmaları tövsiyə olunur.

Xarici İşlər Nazirliyinin məlumatına görə, Rusiyanın Avropaya uçuşlara qadağa qoyması riski var. “Yaxın gələcəkdə Avropa (ölkələri-red) və Rusiya arasında səyahət çox çətin ola bilər”, – Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bu gündən etibarən Danimarka hava məkanı bütün Rusiya təyyarələri üçün bağlanır.