Rusiya Bankı uçot dərəcəsini 20 %-ə qaldırıbbackend

Rusiya Bankı uçot dərəcəsini 20 %-ə qaldırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Bankının (Mərkəzi Bank) Direktorlar Şurası Ukrayna ilə bağlı baş verənlər fonunda rublun kəskin ucuzlaşmasının qarşısını almaq üçün uçot dərəcəsinin birdən-birə 10,5 faiz bəndi artırılaraq 9,5 %-dən 20 %-ə qaldırılması barədə qərar qəbul edib.

İnterpress.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Xatırladaq ki, Rusiya Bankı sonuncu dəfə bu il fevralın 11-də uçot dərəcəsini 8,5 %-dən 9,5 %-ə qaldırmışdı.