ABŞ-ın Belarusdakı səfirliyi fəaliyyətini dayandırdıbackend

ABŞ-ın Belarusdakı səfirliyi fəaliyyətini dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarkova aviazərbələr endirilməyə başlanıb.

Bu barədə Azərbaycanın Xarkovdakı fəxri konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli bildirib.

S. Adıgözəlli aviazərbələrin 15 dəqiqə əvvəl başladığını, şəhərə geniş miqyaslı hücumun gözlənildiyini qeyd edib. Onun sözlərinə görə, Xarkovun bombalanması və gözlənilən genişmiqyaslı hücumla bağlı Azərbaycanın Xarkovdakı fəxri konsulluğu bu gün yaxın saatlarda tələbələr də daxil olmaqla, 60 nəfər Azərbaycan vətəndaşını qatarla Lvova yola salınacaq: “Artıq Xarkovda qalmaq təhlükəsizlik baxımından tamamilə mümkünsüzdür. Artıq mən də bu gün Xarkovu tərk edəcəm”.

Qeyd edək ki, fevralın 27-də Xarkovdan bir qrup azərbaycanlı tələbə və digər Azərbaycan vətəndaşları qatarla Lvova yola salınıb.

Xarkovdan təxliyə olunmaq istəyən 1500 Azərbaycan vətəndaşı var.