“Müharibə Baş Qərargahın planlaşdırdığı kimi getmir” – Rusiyalı ekspertbackend

“Müharibə Baş Qərargahın planlaşdırdığı kimi getmir” – Rusiyalı ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış rusiyalı hərbi ekspert Aleksandr Qolts Rusiyanın başlatdığı işğalın ilk günlərinin nəticələri və Putinin nüvə silahıyla bağlı hədə-qorxularına dair maraqlı fikirlər səsləndirib.

İnterpress.az xəbər verir ki, Rusiyanın “Dojd” telekanalına danışan Qolts Putinin nüvə silahlarının “xüsusi rejimə” gətirilməsinə dair əmrinin bir qədər anlaşılmaz olduğuna eyham vurub:“Bizim strateji nüvə qüvvələri hər zaman döyüşə hazır rejimdədir. Yəni, bu rejimi gücləndirmək onsuz da mümkün deyil. Əslində, Rusiya misli görünməmiş sanksiyalarla üz-üzə qalıb. Bizim dövlət cavab olaraq heç nə edə bilmir. Ona görə də bütün dünyanı yandırmaqla hədələyir”.

Nüvə silahından istifadənin mümkünlüyünə gəlincə, sovet dövründəki “soyuq müharibə”ni xatırladan hərbi ekspert Rusiyanın indiki eliatsı ilə sovet eliatsı arasında fərq olduğunu bildirib: “Xruşşov və Brejnev hər dəfə məsələ müharibəyə gələndə geri çəkilblər. Ancaq indi elitada başqa adamlardır. 10 il öncə bütün dünya liderləri deyirdilər ki, nüvə silahı siyasi silahdır və heç zaman ondan istifadə olunmayacaq. İndi isə liderlərin bəyanatlarında belə bir fikir sızdırılır ki, nüvə silahı da digər adi silahlar kimidir və onun təhlükəsilə bağlı iddialar bir qədər şişirdilib”.

Cəbhədəki hazırkı vəziyyəti də təhlil edən hərbi ekspert deyib: “Fakt budur ki, hücum əməliyyatı qətiyyən Baş Qərargahın planlaşdırdığı kimi getmir. 4 gün keçib, təslim olanların sayı minlərlə olmalı idi. Lakin bu, baş vermədi. Rusiyanın Ukrayna Ordusunun komanda mərkəzlərinə endirdiyi sonsuz sayda zərbələrə baxmayaraq, Ukrayna Ordusu mərkəzləşdirilmiş idarəetmə sistemini və orduya nəzarəti saxlaya bilib. Belə əməliyyatlarda sürət prinsipial əhəmiyyət daşıyır. Ordu ilişən kimi, böyük sayda problemlər yaranır, hansıları ki, bu əməliyyatı hazırlayanlar heç cür hesablamamışdılar”. (AzPolitika.info)