Qida Təhlükəsizliyi Agentliyin müfəttişləri tərəfindən DİN-nin əməkdaşları ilə birgə Qaradağ rayonu, Dövlət Yol Polisi Postunda fiziki şəxs Niyazov Sultan Niyaz oğluna məxsus 90-DX-120 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə keçirilən baxış zamanı baytarlıq-sanitariya ekspertizasından keçirilməyən və mənşəyi məlum olmayan ümumi çəkisi 200 kq ət aşkarlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Agentlikdən xəbər verilib.
Qeyd edilib ki, Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, 2017-ci ildə də Niyazov Sultan Niyaz oğluna məxsus “Mersedes” markalı 04-BL-161 dövlət nömrə nişanlı minik avtomobilində 430 kq olan hissələrə bölünmüş 4 heyvan cəmdəyi aşkar olunub.