Nəsrin Cavadzadə 1,5 milyon qazandıbackend

Nəsrin Cavadzadə 1,5 milyon qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda “Üç kuruş” serialında “Bahar” obrazına həyat verən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə şirniyyat markalarından birinin siması seçilib.

İnterpress.az xəbər verir ki, aktrisa yeni reklam çəkilişindən 1,5 milyon lirə (təxminən 181 min manat) məvacib qazanıb. Videoçarx yaxın zamanda izləyicilərə təqdim olunacaq.

Qeyd edək ki, Nəsrinin rol aldığı serial bazar ertəsi “Show” telekanalında yayımlanır. Onun tərəf müqabili isə Uraz Kayqılaroğludur.(axsam.az)