Bakı Dövlət Universitetində kafedra müdiri seçkiləri başa çatıb, 50 kafedraya yeni müdir seçilib.
Bu barədə BDU-dan bildirilib.
Qeyd olunub ki, seçkilər Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/5 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na uyğun olaraq səsvermə yolu ilə keçirilib.