Hollivudun ən çox qazanan ulduzlarından olan aktyor Robert De Niro Kembric Universitetinin tələbələri qarşısında çıxış edib.
İnterpress.az xəbər verir ki, 78 yaşlı aktyor çıxışı zamanı Ukraynanı dəstəklədiyini bildirib və insanları Rusiyanın təcavüzünə qarşı durmağa çağırıb:
“Dünyada müəyyən şeylər baş verir və əgər səsiniz varsa, nə baş verdiyini görürsünüzsə, bu barədə bir şey deməlisiniz. Hazırda Ukraynada nələrin yaşandığını görürsünüz, siz ayağa qalxıb deməlisiniz ki, yox, bu doğru deyil, belə olmaz. Biz bu təcavüzün qarşısını almaq üçün bir şey etməliyik”.(axsam.az)