Moskva ilə London arasında diplomatik münasibətlər kəsilə bilərbackend

Moskva ilə London arasında diplomatik münasibətlər kəsilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Moskva ilə London arasında diplomatik münasibətlərin kəsilməsi ehtimalı həmişə mövcuddur”.

İnterpress.az xəbər verir ki, bunu Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin bildirib.

“Bu ehtimal həmişə qalır, amma biz müharibədə deyilik. Diplomatik münasibətlərin kəsilməsi təkcə bizim deyil, Böyük Britaniyanın Moskvadakı səfirliyinin də ölkəni tərk etmək məcburiyyətində qalacağı anlamına gələcək”-səfir vurğulayıb.

Diplomat onu da qeyd edib ki, hazırda səfirlik Sberbank və VTB Banka qarşı tətbiq edilən sanksiyaları nəzərə alaraq diplomatik missiyanın maliyyələşdirilməsinin davam etdirilməsi yollarını öyrənir.

“Hələlik diplomatik nümayəndəliklərin işi ilə bağlı qanunda istisnalar var. Bu yolla getsək və maliyyələşdirmənin mümkün olduğunu görsək – Bu da bir vəziyyətdir. Beləliklə, işləməyə davam edəcək. Lakin bu marşrut da bağlanarsa, Böyük Britaniyanın Moskvadakı səfirliyinə qarşı da adekvat tədbirlər görüləcək”. (azvision.az)