“Formula 1” komandası rusiyalı pilotla yollarını ayırırbackend

“Formula 1” komandası rusiyalı pilotla yollarını ayırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Formula 1” üzrə dünya çempionatında çıxış edən “Haas” komandası rusiyalı pilotu Nikita Mazepinlə yollarını ayırmağı qərara alıb.

Bu barədə jurnalist Serxio Rodriges məlumat yayıb.

O bildirib ki, “Haas” Mazepini ehtiyat komandasından Pietro Fittipaldi ilə əvəzləyəcək. 26 yaşlı sürücü Mik Şumaxerlə birlikdə 10 – 12 martda Bəhreyndəki ikinci qış sınaq yarışlarında iştirak edəcək.

ABŞ təmsilçisinin tezliklə məsələ ilə bağlı rəsmi açıqlama verəcəyi gözlənilir.

Qeyd edək ki, 23-25 sentyabrda təşkili planlaşdırılan Rusiya Qran-prisi Ukrayna ilə müharibə səbəbindən ləğv edilib. “Formula 1” mövsümünə martın 20-də Bəhreyndə start veriləcək. 10 – 12 iyunda Bakıda Azərbaycan Qran-prisi təşkil olunacaq.