Rusiya ilə danışıqlar aparan Ukrayna nümayəndə heyəti helikopterlərlə Belovejskaya ərazisinə gəlib.
İnterpress.az xəbər verir ki, bu barədə TASS-ın hadisə yerindən müxbiri məlumat verib.
Cümə axşamı Rusiya Prezidentinin köməkçisi, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski danışıqların planlaşdırıldığı kimi Belarusun Brest vilayətinin ərazisində aparılacağını bildirib. Onlar Bakı vaxtı ilə saat 16:00-da başlamalı idilər.