Bir qrup rus hərbçi sosial şəbəkələrdə paylaşım edərək, köməksiz vəziyyətdə qaldıqlarını, ac olduqlarını və ölkələrinə qayıtmaq istədiklərini bildirirlər.
İnterpress.az xəbər verir ki, Ukraynada döyüşən rus hərbçi vəziyyətlərinin acınacaqlı olduğunu, möcüzə nəticəsində sağ qaldıqlarını bildirir:
“3-4 gündür burda gözləyirik, bizi bura təlim adıyla gətirib ət parçası kimi düşmənin önünə atıblar. Burda olanlar canını güclə qurtaran hərbçilərdir”.
“Bizə sənəd imzalatmaq istəyirlər ki, guya biz “polkda” qalmışıq, ümumiyyətlə Ukrayanaya gəlməmişik. Onlar bu yolla özlərini sığortalamaq istəyirlər. Bu sənədi imzalamayan əsgərləri isə ordudan birdəfəlik təxlis etməklə hədələyirlər.
Ölən əsgərlərin cəsədlərinidə Rusiyaya göndərmirlər. 3-4 gündür deyirlər ki, əlavə kömək gələcək, amma heç kim gəlmir. Ayaqlarımız su içindədir, nə edəcəyimizi bilmirik. Rusiya ordusu bax budur!”,- o, bildirir.(azpolitika.info)