Zaxarova: “Rusiya danışıqlara hazırdır”backend

Zaxarova: “Rusiya danışıqlara hazırdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynanın Rusiya ilə danışıqlar aparmaq arzusu varsa, Moskva buna hazırdır”.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bildirib.

“Əgər danışıqlardan danışırıqsa, o zaman tərəfin heç olmasa bunda iştirak etmək istəyi olmalıdır. Görürsünüz ki, onlar bəyanatlarında nə qədər qərarsızdırlar. Ya iştirak etmək istəyirlər, ya da iştirak etmək istəmirlər. Onların danışmaq və danışıqlar aparmaq istəyi varsa, biz lap əvvəldən buna hazırıq”, – deyə Zaxarova Kiyevə müraciət ünvanlayıb.