Bakıda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Nizami rayonunda qeydə alınıb.
Avtomobil yolu keçən 2008-ci il təvəllüdlü İbrahimova Tamella Yusif qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.