Fransanın paytaxtı Paris şəhərindəki yaşayış binalarından birində partlayış baş verib.
Məlumatı “RİA Novosti” yayıb.
Bildirilib ki, partlayışdan sonra baş verən yanğın nəticəsində 9 nəfər xəsarət alıb.
Hadisə yerinə 150-yə yaxın yanğınsöndürən cəlb edilib.