Tovuzda 2 avtomobil toqquşub, 3 nəfər xəsarət alıbbackend

Tovuzda 2 avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuz rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İnterpress.az-ın məlumatına görə, qəza rayonun İbrahim Hacılı kəndində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili ilə firmalardan birinə məxsus kiçiktutumlu yük avtomobili toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü, Tovuz rayon sakini, 1980-ci il təvəllüdlü R.Abdıyev, onun həyat yoldaşı, 1986-cı il təvəllüdlü S.Abdıyeva və kiçiktutumlu yük avtomobilinin sürücüsü, Mingəçevir şəhər sakini, 1987-ci il təvəllüdlü E.Əliyev xəsarət alıblar. Hər üçü xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.