Martın 4-dən Azərbaycan ərazisində Rusiya prezidentinin (kremlin.ru), Rusiya XİN-in (mid.ru), Sputnik-Novosti-nin (Sputnik.ru), RBC-nin (rbc.ru) saytları açılmır.
İnterpress.az xəbər verir ki, RİA-Novosti-nin saytı (rian.ru) və bir sıra digər saytlar fasilələrlə işləyir.
Bu saytlara VPN vasitəsilə belə daxil olmaq mümkün deyil.
Azərbaycanın Rabitə Nazirliyindən şərh almaq mümkün olmayıb. Bununla belə, Sputnik-Azərbaycan-ın ofisindən Turan-ın müxbirinə bildiriblər ki, onlarda texniki problem yoxdur.
Xatırladaq ki, bir müddət əvvəl beynəlxalq haker qrupları Rusiya saytlarına hücum etməklə hədələmişdilər.