İmişlidə qayınlarını bıçaqlayan şəxsin ibtidai istintaqı başa çatıbbackend

İmişlidə qayınlarını bıçaqlayan şəxsin ibtidai istintaqı başa çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İmişlidə qayınlarını bıçaqlamaqda təqsirləndirilən Elsəvər Nəsirovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

İş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əli Əliyevinin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda İmişli rayonu Qaradonlu kəndində qeydə alınıb.

Belə ki, kəndin sakini, 1996-cı il təvəllüdlü Nəsirov Elsəvər Əli oğlu qayınları – Qaradonlu sakinləri – 2001-ci il təvəllüdlü Nəsirov Nurlan Allahyar oğlunu və onun qardaşı 1998-ci il təvəllüdlü Nəsirov Əmrah Allahyar oğlunu bıçaqlayıb.

Hər iki qardaş Şirvan Şəhər Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib və onların həyatını xilas etmək mümükün olub.

Qayınlarını bıçaqlayan E.Nəsirov daha sonra bıçaqla özünə də xəsarət yetirib.