ABŞ-ın daha iki teleşirkəti Rusiyadan yayımı dayandırıbbackend

ABŞ-ın daha iki teleşirkəti Rusiyadan yayımı dayandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın “CBS News” və “ABC News” telekanalları Rusiyadan yayımını dayandırıb.

Bu barədə teleşirkətlərin nümayəndələri bildirib.

“CBS News” hazırda Rusiyadan xəbər yayımı etmir. Biz hadisələri KİV üçün yeni qanunlar əsasında izləyirik”, – CBS açıqlamasında qeyd edib.

“Rusiyada senzura haqqında yeni qanuna əsasən qərbin informasiya şəbəkələri bu ölkədən yayımı dayandırıb. Onlardan biri də ABC News-dur”, – ABC-dən bildirilib.

Bir müddət əvvəl ABŞ-ın CNN teleşirkəti və “Bloomberg” agentliyinin jurnalistləri də Rusiyadan yayımı dayandırdıqlarını bəyan ediblər.

Qeyd edək ki, martın 4-də Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Silahlı Qüvvələrinə münasibətdə yalan informasiya yayanların cinayət məsuliyyətinə cəlb olunacaqları haqqında qanun imzalayıb.