Rusiyanın Ukraynada itirdiyi təyyarə və helikopterlərinin sayı açıqlanıbbackend

Rusiyanın Ukraynada itirdiyi təyyarə və helikopterlərinin sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada 9 gün ərzində Rusiyanın vurulan təyyarə və helikopterlərinin sayı açıqlanıb.

Bu barədə Ukrayna Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, fevralın 24-dən martın 5-dək Ukraynada Rusiyanın 39 hərbi təyyarəsi, 40 helikopteri vurulub.

Bildirilib ki, təkcə martın 4-də Rusiyaya məxsus 3 “Su-25” qırıcısı sıradan çıxarılıb.

Qeyd olunub ki, Rusiya Ukrayna ilə sərhədboyu 450 təyyarə və 250-dən çox helikopter yerləşdirib.