Gürcüstanda son sutkada daha 3 033 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 32 nəfər vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 1 623 672-yə, ölənlərin sayı isə 16 338-ə çatıb.
Son bir gündə 8 118, ümumilikdə isə 1 547 531 nəfər müalicə olunaraq sağalıb.