Rusiyada “Gucci” və “Balenciaga” brendlərinin mağazaları bağlanırbackend

Rusiyada “Gucci” və “Balenciaga” brendlərinin mağazaları bağlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gucci”, “Balenciaga” və “Yves Saint Laurent” də daxil olmaqla, bir sıra lüks brendləri özündə birləşdirən “Kering” qrupu “Avropadakı hazırki vəziyyət” fonunda Rusiyadakı mağazalarının bağlandığını açıqlayıb.

Bu barədə qrupun bəyanatında deyilir.

“Kering” yerli komandaları dəstəkləməkdə və hadisələrin gedişatını diqqətlə izləməkdə davam edəcək”, – bəyanatda deyilir.

Xatırladaq ki, 1962-ci ildə əsas qoyulmuş “Kering” qrupuna “Gucci”, “Saint Laurent”, “Bottega Veneta”, “Balenciaga”, “Alexander McQueen”, “Brioni”, “Boucheron”, “Pomellato”, “Dodo”, “Qeelin”, “Ulysse Nardin” və “Girard-Perregaux” brendləri daxildir.