Bu gün Xarkovdan Polşaya daha 200-dək azərbaycanlının təxliyəsi planlaşdırılırbackend

Bu gün Xarkovdan Polşaya daha 200-dək azərbaycanlının təxliyəsi planlaşdırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Ukraynanın Xarkov şəhərindən Polşaya 150-200-ə yaxın azərbaycanlının təxliyə edilməsi planlaşdırılır”.

Bunu hazırda Polşada olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli deyib.

Onun sözlərinə görə, dünən Ukrayna-Polşa sərhədini, təxminən, 100 nəfər keçib: “Ümumilikdə, Polşaya təxliyə olunan azərbaycanlıların sayı 700-ə yaxınlaşıb. Hələ sərhəddə xeyli sayda vətəndaşlarımız var ki, onlar da Polşaya təxliyə olunmağı gözləyir. Dünən aldığım məlumata görə 200-ə yaxın azərbaycanlı Lvova tərəf gəlib. Onların neçəsinin sərhəddi keçə biləcəyi barədə isə dəqiq məlumat yoxdur. Çünki sərhəddə insanların sayı kifayət qədər çoxdur”.

Xatırladaq ki, Ukraynada hərbi əməliyyatların başlanmasından martın 4-dək quru yolla Polşa Respublikasına 770 nəfər vətəndaşımız daxil olub.