“İndi ən təhlükəsiz yer Rusiyadır” – Nailə Əsgərzadəbackend

“İndi ən təhlükəsiz yer Rusiyadır” – Nailə Əsgərzadə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jurnalist, aparıcı Nailə Əsgərzadə sosial şəbəkədə Rusiyanın Ukraynaya hücumu ilə bağlı paylaşım edib.

İnterpress.az xəbər verir ki, aparıcı bir çox dostunun ailəsi ilə birlikdə çemodanlarını hazırlayıb Rusiyadan getmək üçün imkan gözlədiklərini bildirib.

“Bir dostum fevralın 23-dən ailəsi ilə birlikdə Birləşmiş Ərəb Əmirliyinə getdi və oradan qayıtmayacağını dedi. Kimi Gürcüstana, kimi də Qazaxıstana uçub. Hər ehtimala qarşı getdilər” deyə, Nailə vurğulayıb.

Aparıcı hazırda bir çoxlarının saxta məlumatlar yaydığını və insanların qorxduğunu deyib:

“Kimi deyir nüvə, kimi də yazır üçüncü dünya müharibəsidir. Öz düzgün fikirlərini izah edən azdır. Ancaq mən belə düşünürəm ki, indi ruslar üçün ən təhlükəsiz yer elə Rusiyadır. Çemodan yığmıram. Harasa gedəsi olsam, ancaq ölkəiçi olacaq. Məktəblərdə tətildir. İndi bunu çox az adam xatırlayır”.(axsam.az)