Laçın rayonu istiqamətində itkin düşmüş hərbi qulluqçularımızın axtarış-xilasetmə tədbirləri davam edir.
İnterpress.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlu hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azıblar.