Rusiya-Ukrayna rəsmilərinin görüşəcəyi tarix açıqlandıbackend

Rusiya-Ukrayna rəsmilərinin görüşəcəyi tarix açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu bazar ertəsi baş tutacaq.

İnterpress.az xəbər verir ki, bu barədə Ukraynanın “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamiya özünün tvitter hesabında yazıb.

Bundan əvvəl tərəflər Belarusda iki dəfə görüşüb.

Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Ukrayna nümayəndə heyətinin tərkibində dəyişiklik nəzərdə tutulmayıb.

“Biz digər məsələlərlə yanaşı, danışıqlar prosesinin bir hissəsi kimi, lazım gələrsə, düzəlişlər etmək üçün humanitar dəhlizlərin necə işləməyə başladığını qiymətləndiririk”, – deyə o bildirib.