Tanınmış həkim Araz Bayramov açıqlama yayıb.
İnterpress.az həkimin açıqlamasını olduğu kimi təqdim edir:
“Əziz Dostlar, hər birinizdən rica edirəm qeydlərimi paylaşasız. Bu gündə artıq bir neçə media işçilərindən müraciət edirlər Anar Gözəlovla bağlı.
Mən Vətənə qayıdandan sonra on minlərlə insanı əməliyyat etmişəm, bu gündə edirəm. Mənə müraciət edən pasiyentlər artıb, ABŞ, Rusiyadan əməliyyat etdirmək üçün bizə gələn çoxlu pasientlər var.
Qısaca açıqlama verirəm bütün media işçiləri mövqeyimi tirajlaya bilsinlər.
Anar Gözəlovun əməliyyatı çox uğurlu keçib, böyrək daşları müvəfəqiyyətlə xaric edilib. Əməliyyatdan sonra yaranan insult ocaqlarına gəldikdə isə, bir neçə klinikalarda edilən MRT müayinələri göstərir ki, pasiyentimizdə xroniki insult ocaqları olub və var.
Əməliyyat öncəsi pasiyentimiz keçirdiyi insultla bağlı heç bir məlumat verməyib, hətta pasientin qohumları bildirir ki, uşaqlıqdan onun danışığında problemlər olub, nitq qüsuru olub.
Əməliyyatdan sonra təmənnasız olaraq klinikamızda qalıb və ona hər cür diqqət , qayğı göstərilib, müalicə edilib. Klinikadan çıxanda nitq qüsuru olmadan çıxıb, bu gündə sərbəst avtomobil idarə edir, tam normal həyatını sürür.
Pasiyentin həyat yoldaşı Günel Gözəlova şantaj üsulları ilə pul qazanmaq istəyində olduğuna və “jurnalist imtiyazı”na görə öz media dostlarından barəmdə qara piar aparmaq üçün kömək istəyir.
Səmimi deyirəm ki, pasiyentlərim artır , bu qara yaxmalara onsuz da inanan yoxdur.
Günel Gözəlovanın klinikadan çıxan günü mənə göndərdiyi mesajı paylaşıram:
“Sizdə istəməzdiniz belə olsun, bizdə istəməzdik, biz çıxırıq amma bizi unutmayın”
Maddi maraq istəyində olmaq olar, amma hüquqü və ilahi ədalət unutmaq olmaz!
Üzərində bir il keçsə də, hələ də bu cür iftira, qərəzli, yalançı məlumatlar paylaşılır.
Medianın İnkişaf Agentliyinə rəsmi müraciət etmişəm, qərəzli reket jurnalistlərin fəaliyyəti tam dayanmalıdır.
Diqqətinizə görə təşəkkür edirəm!”.