Ukrayna paytaxtı Kiyevdə vəziyyət gərgin olaraq qalır.
İnterpress.az Ukrayna mediasına istinadən xəbər verir ki, Rusiya ordusu Kiyevə yaxınlaşıb.
Ukrayna Baş Qərargah rəisi Valeriy Zalujnıy bildirib ki, 1 saat öncə Kiyev səmasında rus ordusunun 2 ədəd qırıcı təyyarəsi məhv edilib.
Hazırda Kiyev istiqamətində şiddətli döyüşlər gedir. Ruslar həm qurudan, həm də havadan hücuma cəhd göstərir.
Ukrayna daxili işlər nazirinin müavini Anton Geraşenko isə 2022-ci il fevralın 24-dən Ukraynada iki minə yaxın rus əsgərinin əsir götürüldüyünü bildirib.
Bu barədə o, rəsmi “NV” nəşrinə açıqlamasında deyib.
“Komandirləri tərəfindən aldadılan rus əsgərləri əsir götürülüb. Onlara Ukrayna ilə döyüşəcəkləri barədə heç nə deməyiblər. Onlar hətta müstəqil ölkənin ərazisini işğal etdiklərini belə başa düşməyiblər”, – Geraşenko bildirib.