UNDP: “Azərbaycanda qadınlar kişilərdən 2 dəfə az qazanır”backend

UNDP: “Azərbaycanda qadınlar kişilərdən 2 dəfə az qazanır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda işləyən qadınlara hər ay orta hesabla 361 manat ödənilir. Halbuki kişilər üzrə bu rəqəm təxminən 2 dəfə çox – 670 manatdır”.

İnterpress.az xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramının (UNDP) nümayəndəsi Aygün Əhmədova bildirib.

“Ölkədə qadınların işçi qüvvəsində iştirak səviyyəsi də kişilərdən 6,6% aşağıdır. Qadınların 5,9%-i işsizdir, halbuki kişilər üzrə bu nisbət 4,1%-dir. Bütün məşğul qadınların 62%-i həssas məşğulluqla məşğuldur. Qadınlar parlamentdə yerlərin cəmi 17,6%-ni, dövlət qulluğunda yüksək və orta səviyyəli rəhbər vəzifələrin isə 23%-ni tutur. Azərbaycanda sahibkarların 21,5%-i qadınlardır”, – deyə o, əlavə edib.