Səfərbərlik Xidmətinin 46 əməkdaşı nöqsanlara görə cəzalandırılıbbackend

Səfərbərlik Xidmətinin 46 əməkdaşı nöqsanlara görə cəzalandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 46 əməkdaşı nöqsanlara görə cəzalandırılıb.

İnterpress.az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib.

Bildirilib ki, hesabat dövründə korrupsiya ilə əlaqədar hüquqpozmalara dair daxil olmuş vətəndaş müraciətləri asasında Xidmətin əməkdaşları barəsində müvafiq araşdırmalar aparılıb. Təsdiqini tapan faktlar əsasında 5 halda toplanılan materiallar Baş Prokurorluğa və Hərbi Prokurorluğa göndərilib, eyni zamanda aparılan araşdırmalar nəticəsində xidməti vəzifələrinin icrasi zamanı yol verdikləri nöqsanlara görə Xidmətin 46 nəfər əməkdaşı intizam qaydasında cəzalandırılıb.