Bakıda dəhşətli yol qəzası: yaralılar varbackend

Bakıda dəhşətli yol qəzası: yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İnterpress.az-ın məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Taksi sürücüsü, 1982-ci il təvəllüdlü Həşimov Anar Rahid oğlunun idarə etdiyi avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə zamanı sürücü və avtomobildə olan sərnişinlər – 1955-ci il təvəllüdlü Ələkbərova Cəmilə Cəlar qızı, 1950-ci il təvəllüdlü Məmmədova Kəmalə Cəlal qızı xəsarət alıblar.

Hər 3 yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.