Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) Başqanı Ziyəddin Kassanovun tapşırığına uyğun olaraq, Başqanın birinci müavini İsmayıl Əhmədovun təşəbbüsü ilə DATÜB-un Gürcüstan Nümayəndəliyinin Axısxa təşkilatı açılıb.
İnterpress.az DATÜB-ün Mətbuat Xidmətinə istinadən xəbər verir ki, açılış üçün Axısxada olan İsmayıl Əhmədov hisslərini belə ifadə edib:
“Allahın izni, Axısxada yaşayan bacı-qardaşlarımızın iştirakı ilə DATÜB-ün Gürcüstan Nümayəndəliyinin Axısxa təşkilatını açdıq. Ölkəmizə, millətimizə xeyirli-uğurlu olsun.
DATÜB Gürcüstan Nümayəndəliyinin rəhbəri olaraq, qardaşlarımızla birlikdə gözəl xidmətlər göstərmişik və inşaallah, yeni təmsilçimiz Bayram Koçəliyev və komandası millətimizə gözəl xidmətlər göstərəcək. Allah utandırmasın! Dayanmaq yoxdur, yolumuza davam edirik!
Axısxada ofisin açılmasında mənəvi və maddi dəstəyə görə hörmətli rəhbərimiz cənab Ziyəddin Kassanova təşəkkür edirəm, Allah yar və yardımçısı olsun”.