“SriLankan Airlines” Rusiyaya uçuşları dayandırırbackend

“SriLankan Airlines” Rusiyaya uçuşları dayandırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şri-Lankanın milli aviadaşıyıcısı “SriLankan Airlines” bazar ertəsindən etibarən Rusiya paytaxtına uçuşları dayandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə şirkətin “Ceylon Today” qəzetində dərc etdiyi press-relizdə deyilir. Aviaşirkət Moskvaya uçuşların dayandırılması barədə qərarın anti-Rusiya sanksiyaları səbəbindən əməliyyat məhdudiyyətləri səbəbindən verildiyini bildirib.

“Ukraynada davam edən hərbi əməliyyatla əlaqədar Rusiyaya qarşı tətbiq edilən beynəlxalq maliyyə və digər sanksiyalar SriLankan Airlines-ın Rusiyaya uçuşlarına birbaşa təsir göstərib. Aviaşirkət növbəti xəbərdarlığa qədər Moskvaya uçuşları dayandırmağa məcburdur”, – press-relizdə deyilir.(azvision.az)