Gürcüstanda itkin düşən azərbaycanlı iki aydan çoxdur tapılmırbackend

Gürcüstanda itkin düşən azərbaycanlı iki aydan çoxdur tapılmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda iki aydan çoxdur itkin düşmüş azərbaycanlı, Saqareco bələdiyyəsinin azərbaycanlılar yaşayan Yormuğanlı kənd sakini Nazim Nəbiyevdən indiyədək xəbər yoxdur.

Bu barədə kənd sakinləri bildiriblər.

Onların sözlərinə görə, polis 42 yaşlı soydaşımızın axtarışları ilə bağlı hər hansı məlumat təqdim etmir.

Xatırladaq ki, N.Nəbiyev yanvarın 4-də mal-qara almaq məqsədilə üzərində 32 min lari (17 324 manat) pulla evdən çıxıb.Yaxınları onun itkin düşməsini pulla əlaqələndirirlər. Soydaşımızın tapılması tələbi ilə Yormuğanlı sakinləri kənddə və Tbilisidə aksiyalar keçiriblər.