Gözəl və sağlam olmağın yolu Xumar İsmayılovadan keçirbackend

Gözəl və sağlam olmağın yolu Xumar İsmayılovadan keçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qadın cəmiyyətin qurucusudur, dünyanın hər bir fərdi öz başlanğıcına bir qadının bətnində başlayır. 9 aylıq bu prosesi tamamlamaq qadından güc, sağlamlıq tələb edir. Bu yolda isə tək addımlamaq mümkünsüzdür, peşəkar və qayğıkeş bir həkimə-ginekoloqa sahib olmalısan ki, onun məsləhətləri səni və dünyaya gətirəcəyin körpəni qorusun.

Həkimlik məsuliyyətli bir peşədir, ginekologiyanın yükü isə nisbətən daha ağırdır, çünki ginekoloqlar gələcəyi inşa edən qadınların ən yaxşı dostları, etibarlı sirdaşlarıdır, həm də onlar eyni anda iki canın təhlükəsizliyindən, sağlamlığından cavabdehdirlər.

Azərbaycanlı peşəkar həkim Xumar İsmayılova da bu peşənin layiqli davamçılarındandır. Lakin Xumar xanım qadınların sadəcə sağlamlıqlarının deyil həm də gözəlliklərinin qeydinə qalır. İnsan orqanizmasına hakim olduğundan həkimimiz qərara gəlmişdir ki, kosmetologiyanın da sirrlərinə yiyələnərək sağlam və gözəl olmağı daha asan etsin. Seçenov adına Moskva Dövlət Tibb Universitetində təhsil almış gözəl xanım peşəsini çox sevir, insanlara xüsusilə də qadınlara faydalı olmaq onun üçün peşəsinin ən gözəl tərəfidir.

O, gözəlliyə, estetikaya da hər zaman maraqlı olmuşdur, bu maraq nəticəsində onda belə bir fikir yarandı ki, niyə də ginekologiya və kosmetologiyanı sintez etməsin, axı o bunu bacarar. Qarşısına məqsəd qoyduqdan sonra isə Moskvada daha sonra Azərbaycanda kurslara gedərək beynəlxalq sertifikata yiyələnir və həkimliklə yanaşı kosmetoloq ünvanını da alır.

Həm ginekologiya həm də kosmetologiya sahəsi üzrə çalışan Xumar xanım Bakı ilə yanaşı Moskvada da fəaliyyət göstərməkdədir. Eyni anda hər iki istiqamətdə də çox məharətli olan həkimimiz pasientlərinə qarşı çox həssas və diqqətlidir, onların istər sağlamlığı, istərsə də görünüşləri ilə bağlı hər bir problemlərinə peşəkarlıqla çarə tapır.

Həkim ən böyük xilaskadır, sağlamlığımızı, gələcəyimizi, həyatımızı qoruyur. Həm ginekoloq həm kosmetoloq olan Xumar xanım isə gözəl, güclü və sağlam qadını cəmiyyətin özəyi hesab edir, bu səbəblə də belə qadınların çox olması üçün peşəsi ilə əlindən gələni edir. Siz də istər sağlamlığınızla bağlı istərsə də görünüşünüzdəki kiçik nöqsanları aradan qaldırmaq üçün Xumar həkimə müraciət edərək xoşbəxt və sağlam bir həyat yaşaya bilərsiniz.

Gözəl və sağlam olmağın yolu Xumar İsmayılovadan keçir