Zelenski kollaj edilən fotosundan danışdı: onlar iki fərqli insandırbackend

Zelenski kollaj edilən fotosundan danışdı: onlar iki fərqli insandır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski 41 gün fərqlə kollaj edilmiş fotosundan danışıb.

“İnterpress.az” xəbər verir ki, o, bu barədə “Bild” nəşrinə bildirib.

“Bunlar iki fərqli insandır. Bu (Zelenskinin dəyişikliyi – red.) ölkəmizə xeyir verir. Amma əmin deyiləm… Mən bu adama (müharibədən əvvəlki kimi – red.) qayıdacağam”, – deyə Zelenski qeyd edib.

Jurnalist Ukrayna Prezidentindən gecə gözlərini yumanda nə gördüyünü soruşub.

“Heç nə görmürəm. Yatmaq çox çətindir. Sonuncu dəfə nə vaxt yaxşı yatdığımı xatırlamıram”, – Ukrayna lideri cavab verib.

Qeyd edək ki, Zelenskinin yorğun olduğunu və 41 gün ərzində dəyişdiyini əks etdirən foto Buça qətliamından sonra həmin şəhərə səfəri zamanı lentə alınıb.