Kalaşnikov: “ATƏT-in Minsk qrupu faydasız idi”backend

Kalaşnikov: “ATƏT-in Minsk qrupu faydasız idi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ATƏT-in Minsk qrupunun özünü ləğv etməsi Azərbaycan və Ermənistan arasında danışıqlar prosesinə heç bir təsir göstərməyəcək”.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Leonid Kalaşnikov Oxu.Az-a danışıb.

O, ATƏT-in Minsk qrupunu faydasız hesab etdiyini bildirib.

“Bu struktur problemlərin həllinə töhfə verməkdən daha çox, münaqişəni qızışdırırdı”, – deyə politoloq əlavə edib.

L.Kalaşnikov sülh və üçtərəfli sazişin (Rusiya, Azərbaycan və Ermənistan arasında – red.) bağlanmasında ATƏT-in rolunun olmadığını, Rusiyanın isə fəal iştirak etdiyini xatırladıb.