Dünya bazarlarında neftin qiyməti düşübbackend

Dünya bazarlarında neftin qiyməti düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya bazarlarında neftin qiyməti düşüb. İnvestorlar Çində tələbin azalması perspektivlərini qiymətləndirirlər.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,58% ucuzlaşaraq 1 bareli 122,36 ABŞ dollarına satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 0,58% düşərək 1 bareli 120,82 ABŞ dolları təşkil edib.

Neft investorları koronavirusa yeni yoluxma hallarının aşkarlanması səbəbindən Çində tətbiq olunan məhdudiyyətlərin artırılmasından naharatdırlar. Treyderlər “qara qızıl”a olan tələbin azalacağını güman edirlər.