“WhatsApp” messencerin yeni funksiya peyda olub.
Artıq istifadəçi özü ilə yazışa bilər.
Məlumata görə, hazırda yenilik sınaq mərhələsindədir.
Açıqlamaya görə, yeni funksiya yaxın günlərdə həm Android, həm də iOS üçün tətbiqin istifadəçilərinə təqdim olunacaq.
Yeniliyin tətbiqindən sonra istifadəçilər əlaqə siyahısında mövcud özlərinə məxsus olan telefon nömrəsi ilə söhbət edə biləcəklər və həmin söhbət çat şəklində siyahıda saxlanılacaq.
Qeyd edək ki, əvvəllər istifadəçi özünə mesaj göndərmək üçün axtarışda telefon nömrəsini yığmalı idi.
Mənbə: rossaprimavera.ru