Neftçala rayonunun Aşağı Surra kəndində dəhşətli hadisə baş verib.
Bu barədə İnterpress.az-a kənd sakinləri məlumat veriblər.
Ötən axşam Neftçala rayonunun Aşağı Surra kəndində həyətindəki hinə çaqqal hücumu nəticəsində 43 yaşlı kənd sakini dünyasını dəyişib.
Belə ki, həyətindəki toyuq damından səs-küy gəldiyini görən kənd sakini Tarıverdiyev İxtiyar Ağali oğlu damın qapısını açarkən 2 çaqqalın hücumuna məruz qalıb.
Çaqqallarla əlbəyaxa olan kənd sakini onlardan birini boğub öldürə bilsə də, keçirdiyi həyəcandan eplepsiyası tutduğu üçün dünyasını dəyişib.
Minayə Əlili
İnterpress.az