Türkiyədə mikroavtobus yük maşınına çırpılıb, ölənlər varbackend

Türkiyədə mikroavtobus yük maşınına çırpılıb, ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə Amasya şəhərinin Merzifon rayonunda teatr aktyorlarını daşıyan mikroavtobus yük maşınına çırpılıb.

Olay sonucunda 3 nəfər (mikroavtobus sərnişinləridir) həlak olub, 8 nəfər yaralanıb.

Bildirilib ki, mikroavtobus Çorum-Samsun marşrutu üzrə hərəkət edirdi.

Məlumata görə, hadisə yerinə jandarm, polis, yanğınsöndürənlər və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Eyni zamanda məlum olub ki, aktyorlar ötən gün Çorum Dövlət Teatrında “Baş bəlası” adlı pyesi oynayıblar.