Gürcüstanın Martvili bələdiyyəsinin Muxurça kəndində 9 yaşlı qız həyatını itirib.
İnterpress.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə mərhumun yaxınları məlumat yayıb. hazırki mərhələdə qızın ölümünə dəqiq nəyin səbəb olduğu bilinməsə də, lakin yaxınları bir versiya üzərində dayanırlar. Onların sözlərinə görə, qız dişini çəkdirdikdən sonra onda ağrılar və zəhərlənmə halları baş verib və o, klinikada həyatını itirib. Məlumata əsasən, azyaşlının ölüm səbəbini araşdırmaq üçün, onun meyiti tibbi ekspertizaya götürülüb.
İnterpress.az