Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin cəzasının təxirə salınması məsələsi üzrə ötən gün keçirilən məhkəmə iclası hakimin qərarı ilə dekabrın 29-u, saat 11:00-da davam etdiriləcək.
İnterpress.az xəbər verir ki, bu barədə eks-prezidentin vəkili Şalva Xaçapuridze mətbuata verdiyi açıqlamasında bildirib.
Vəkil Saakaşvilinin səhhətinin son dərəcə ağır olduğu üçün hakimdən prosesin növbəti günə təyin edilməsini istəyib. Hakim isə öz növbəsində məhkəmə iclasının gündəlik keçirilməsinin mümkün olmadığını bildirib.